Page 239 - antologiya - poeziya_175x250_Layout 1
P. 239

Fikrÿt Sadûq




                         Adamo


                         Adam sevmәz adamdı o – adamo!
                         Bir kimsәdәn salam almaz,
                         salam vermәz,
                         bir kimsәyә yovuşmaz.
                         Yan-yana axan
                         qoşa arx olsa da, düzdә
                         qol uzadıb qonşusuna qovuşmaz.
                         Adam odur, adam odur, adam o!
                         Heç bir kәsi bәyәnmәz
                         Guya heç kәs adam deyil,
                         Bu dünyada yalnız-yalnız                                   239
                         Adam odur, adam odur, adam o!



                         Tarix elmi


                         Keçmişin o tayını görmәk üçün
                         tarixin o başına, gedib-qayıtmaq üçün,
                         Çaş-baş qalmış millәti
                         qәflәt yuxusundan ayıltmaq üçün
                         Ya dәrә-tәpә aşmalısan,
                         ya sәhradan keçmәlisәn,
                         ya meşәdәn.
                         Kim bunu bacarmırsa
                         әl çәksin bu peşәdәn.
                         Minlәrcә alim azıb bu yerdә.
                         bizi dә azdırıblar.
                         Ya özlәri bilә-bilә yazıblar,
                         ya onlara bu tarixi yazdırıblar.
   234   235   236   237   238   239   240   241   242   243   244