Page 233 - antologiya - poeziya_175x250_Layout 1
P. 233
Sÿrdar ßsÿd
Sehrlәyib mәni masam,
Gәrәk qәlbә qulaq asam.
Hәr gün onu oxşamasam,
Qәlәm küsәr, söz ağlayar!
Könül, qәmә heç vermә can,
Mәhәbbәtin odunda yan.
Cavan getsәk bu dünyadan,
Qarı gülәr, qız ağlayar.
233
Şәlalә sevgisi
Zirvәdәn zirvәyә aşan dağların,
Üzü ömürlәrә bozaran deyil!
İldırım nәrәsi daşan dağların,
Şәlalә sevgisi qurtaran deyil!
Zәrrәlәr çilәnir nur boyalara,
İçib doyanacan gün işığından!
Dәrәlәr söykәnib o qayalara,
Asılıb şәlalә sarmaşığından!
Kahalar qışqırır ehtiyacını,
Bulaqlar durulub gözünü qırpır.
Şәlalә bir gözәl yolub saçını,
Zirvәdәn zirvәyә özünü çırpır.
Çayları çevirir axtarışlara,
Yoxdur şikayәti su yoxluğundan.
Qayçı qәdәmlәrә, buz baxışlara
Daşır әsrlәrin soyuqluğundan.