Page 237 - antologiya - poeziya_175x250_Layout 1
P. 237

Fikrÿt Sadûq




                         Tövbә qapısı


                         Dünyada, tәki bir fәrd
                                tövbә edәn tapılsın.
                         Göyә baxsın, açıqdır
                                göyün tövbә qapısı.


                         Bu mәbәd gecә-gündüz
                                heç vaxt qapanmır әsla.
                         Tövbә edәn, yaxın gәl,
                                Sәni gözlәyir Allah.


                                                                                    237


                         Bir yerdәdir


                         Әsl dünya imiş bu!
                         Cәnnәt dә, cәhәnnәm dә.
                         İnsan belә aldanır,
                         Cәnnәtdә, cәhәnnәmdә.


                         İkisi bir yerdәdir,
                         Cәnnәt dә, cәhәnnәm dә.
                         Yaşayırıq yerdә biz –
                         Cәnnәtdә, cәhәnnәmdә.


                         Mәkr dağarcığı


                         Yaranışdan elә budur
                         Üzdәdir iti qılçığı.
                         Heç nәdәn bәhanә tapır,
                         Divara yaxır palçığı.

                         Dilinә nә gәlsә deyәr,
                         Boşdur ağzının çax-çaxı.
                         Fikirdәn fikrә addayır,
                         Dolaşır mәna saçağı.
   232   233   234   235   236   237   238   239   240   241   242