Page 228 - antologiya - poeziya_175x250_Layout 1
P. 228
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Bakı
Uzaq elli әziz dostum soruşdu:
– Sizin Bakı söylә, necә şәhәrdir?
Dedim: – Qardaş, mәnim doğma şәhәrim,
Yazılmamış, oxunmamış әsәrdir.
Çiçәk desәn – könül açan çiçәyi,
Külәk desәn – ev uçuran külәyi,
Qasırğada ağ dalğalar lәçәyi,
Sakit gündә gözü mavi Xәzәrdir.
228
Nәğmәsidir zavodların fit sәsi,
Suya düşüb buruqların kölgәsi.
Әtirlidir bağlarının meyvәsi,
Ağ şanısı elә bil ki, şәkәrdir.
Dost görәndә tükәnmәyir hörmәti,
Düşmәn görsә, dәrya olur nifrәti,
Bir qәdәr dә dәlisovdur adәti,
Әziz dostum, Bakı belә şәhәrdir.
Qu quşunun nәğmәsi
Deyirsәn: “Mәhәbbәt şeirlәrinin
Hamısı qısadır – bir bәnd, iki bәnd”.
Deyirsәn: “Demәli, şikәstdir sәnin
Mәhәbbәt yolunda mindiyin sәmәnd”.
Әzizim, doğrudur, mәhәbbәtimdәn
Uzun söz açdığım olmayıb hәlә;
Sevgi söhbәtindә çox xәsisәm mәn.
Neynim, tәbiәtim belәdir, belә...