Page 224 - antologiya - poeziya_175x250_Layout 1
P. 224

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Qoşa gedәk!

                        Kәmәrinin gümüşünü
                        Ver çaylara, kәhrizlәrә.
                        Ağ әlinin işığını
                        Әmdir mavi dәnizlәrә.
                        Xislәtinin ipәyini
                        Sәr dağların әtәyinә.
                        Öpüşünün әtrini bük
                        Qonçaların lәçәyinә.
                        Gülüşünü gül-gül çilә
                        Dәrәlәrin ürәyinә.
             224        Pıçıltını qoy bulağın dodağına.
                        Saçlarının dalğasını
                        Tök dәnizin qucağına.
                        Hәr baxışda göz qırpmağı
                        Öyrәt uzaq ulduzlara.
                        Nәfәsinin әtrini çәk
                        Hәsrәt çәkәn yarpızlara.
                        Sәp sәsinin şüşәsini
                        Çiliklәnәn şәlalәyә.
                        Qoşa gedәk gileylәrin
                        Sinәsindә cığır salaq.
                        Cığır kimi qoşalaşıb
                        Dağ döşündә qoşa qalaq.




                        Tәnәk


                        Bir quş yuva tikir arakәsmәdә,
                        O da öz işindә, qurğusundadır.
                        Tәnәyi qaldırdım, gördüm kölgәdә
                        Salxımlar mirvari yuxusundadır.


                        Şanı öz fәslini vurubdur başa,
                        Qarışqa daşıyır yarpaqlarını.
                        Tәnәk dirsәklәnib çopur bir daşa,
                        Qumluğa uzadıb ayaqlarını.
   219   220   221   222   223   224   225   226   227   228   229