Page 222 - antologiya - poeziya_175x250_Layout 1
P. 222

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Daha


                        Dәrdi dәrd olmuşdur elin dә mәnә,
                        Ağladım bir naşı gülәndә mәnә,
                        Heç kәs ağlamasın ölәndә mәnә,
                        Mәn heç vaxt, heç zaman ölmәrәm daha.


                        Azad qardaşım var, onunla xoşam,
                        Mәn gәrәk sahili sahilә qoşam.
                        İki bölünmәkdәn elә qorxmuşam,
                        Çöpü dә ikiyә bölmәrәm daha.


             222        Dәnizlәr, dәryalar mәnә dayazdır,
                        Әn dәrin bir çay var, o da Arazdır.
                        Mәnә görüş verin, azadlıq azdır,
                        Görüşsәm ayrılıq bilmәrәm daha.


                        Mәnim sәadәtim hardasa itdi,
                        O, asan gәlmişdi, asan da getdi,
                        Mәnә nә etdisә sәadәt etdi,
                        Bәdbәxt sәadәtә gülmәrәm daha.




                        Ölәndә


                        Ölәndә kәfәnim ikiqat olsun,
                        Ruhum o taydadır, qәbrim bu tayda.
                        Dözümlü xalqıma heykәl qoyulsun
                        Ortadan qurumuş bir dәli çayda.

                        Tabutum üstündә oynasın xәzan,
                        Bölünsün bir xalqın şairi iki.
                        Ayrı bacıların göz yaşlarından
                        Mәnә iki tayda bir qәbir tikin.

                        İkili yaşadım hәyatımı mәn,
                        İkili sәsimdә birlәşdi xalqım.
   217   218   219   220   221   222   223   224   225   226   227