Page 218 - antologiya - poeziya_175x250_Layout 1
P. 218
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Muğan hәsrәt yağışa,
Buludlar xәsis...
Yağış tökür Talışa
Hey-hay gәrәksiz...
Gәrәksiz oluruq biz,
Sәhv düşәndә yerimiz.
Küt bıçaq parıldayıb
218 Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korlaşıb...
Heyif... korlaşırıq biz,
Sәhv düşәndә yerimiz.
Ağ bilәklәr, gül әllәr
Tarlada qabar.
Bir qeyrәtsiz yekәpәr
Qızılgül satar.
Qeyrәtsiz oluruq biz.
Sәhv düşәndә yerimiz.
Tarın pәrdәlәrini
Düzәnә qurban!
Yerdәyiş et birini,
Xaric vurarsan.
Xaric sәslәnәrik biz,
Sәhv düşәndә yerimiz.