Page 219 - antologiya - poeziya_175x250_Layout 1
P. 219

Qabil







                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!


                         Uzanır danışıqlar, imzalanır sәnәdlәr,
                         Xәritәdә alәmә göstәrilir sәrhәdlәr.
                         Sәsimizә sәs verir dünya başbilәnlәri,
                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!

                         Dәyirmi masalarda izi var dirsәklәrin,
                         Ağla sığan söhbәti, sözü var dәstәklәrin,
                         Yardım bağlamasında özü var dәstәklәrin,
                         Lap lәl-cәvahir olsun hәr yardımın dәyәri,                 219
                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!

                         Diplomat cәnabların hәr biri hörmәtlidir,
                         Bu mәqamda ölkәmә tәşrifi qiymәtlidir,
                         Sәyi tәqdirәlayiq, rәyi әdalәtlidir,
                         Gözdәn-nәzәrdәn salan kimdir ki, bu işlәri?
                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!


                         İşğal altında qalır torpağımız-daşımız,
                         Nәlәr görmür gözümüz, nәlәr çәkmir başımız...
                         Qarışıb bir-birinә baharımız-qışımız.
                         Çadır göstәrmәk olub hәr çatana peşәmiz.
                         Sәrgi olmasın deyә bu Mil-Muğan düzlәri,
                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!

                         Ali qonaqlar gәlir dünyanın hәr yerindәn,
                         Ürәk yanır, göz dolur şәhid qәbirlәrindәn.
                         Düşünüb daşınıram, özlüyümdә dәrindәn;
                         İntiqam ala bilmәz,
                         mәzarları bәzәyәn ehtiram çiçәklәri
                         Ümid sәnәdir ancaq, Azәrbaycan әsgәri!
   214   215   216   217   218   219   220   221   222   223   224