Page 214 - antologiya - poeziya_175x250_Layout 1
P. 214

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Hәsrәtin yandırar, pörşüdәr mәni,
                        Zәrif çiçәk kimi üşüdәr mәni.
                        Sәslәsәm Savalan eşidәr mәni,
                        Qızınnam oduna, közünә, Tәbriz.

                        Gülüstan bağının seyrinә gәlim,
                        Lalә yamacında bir dә dincәlim,
                        Ötәn günlәrimә yetişmәz әlim,
                        Düşüm heç olmazsa izinә, Tәbriz.

                        Ana tәbәssümün ay işığıdır,
                        Qolum qamәtinin sarmaşığıdır.
                        Şeirin bu dünyanın yaraşığıdır,
             214        İncisi tükәnmәz xәzinә, Tәbriz.


                        Sәn şair ömrümә vüqar vermisәn,
                        Solub-saralmayan gülzar vermisәn.
                        Etibar vermisәn, ilqar vermisәn,
                        Hәr igid oğluna, qızına, Tәbriz.


                        Sәttarxan bayrağın göylәrә ucalt!
                        Qara buludları od ağzına at.
                        Şair qızının da sözlәrini qat
                        Şirin söhbәtinә, sözünә, Tәbriz.
   209   210   211   212   213   214   215   216   217   218   219