Page 213 - antologiya - poeziya_175x250_Layout 1
P. 213

Hþkumÿ Billuri




               Mәn tufan, fırtına axtarıram, bax,
               Ürәyim nә vaxtdır intizardadır.
               Çağırır hәr zaman mәni o torpaq,
               Qәlbimin gözlәri o diyardadır!


               Deyirlәr ağ günlәr çәkәr insanı,
               İnsan sәadәtin sorağındadır.
               Hanı o torpaqda ağ günlәr, hanı?
               Әsarәt vәtәnin torpağındadır.


               Gecә dә, gündüz dә gözlәyir ürәk,
               Yormuşdur qәlbimi tәnhalııq artıq.
               Mәn tufan gәzirәm, o tufan ki, tәk                                   213
               Versin ürәyimә mәnim rahatlıq.


               Mәn elә bir tufan gәzirәm ondan,
               Bir anda çaxnaşsın sәmanın üzü.
               Elә bir tufan ki, qurtarmasından,
               Bulaqtәk durulsun qәlbimin gözü...

               Ey gözәl torpağım, ey gözәl Vәtәn!
               Azadlıq dünyası quracağam mәn,
               Sәnin torpağında öz әllәrimlә,
               Sәnә hәyat verәn әmәllәrimlә!





                Tәbriz

               Qollarım dolanar boynuna bir gün,
               Yenә baş qoyaram dizinә, Tәbriz.
               Hәsrәtdәn, hicrandan cana doymuşam,
               Doyunca baxaram gözünә, Tәbriz.


               Bulanıq suların axsın, durulsun,
               Tәzә günlәrindәn büsat qurulsun.
               Sәhәnd camalına bir dә vurulsun,
               Bir qubar qonmasıın üzünә, Tәbriz.
   208   209   210   211   212   213   214   215   216   217   218