Page 212 - antologiya - poeziya_175x250_Layout 1
P. 212
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Ümidim, arxamsan el bilir bunu,
Yolunda qoy gәlsin ömrümün sonu,
Sazım da, sözüm dә ömrüm uzunu,
Sәndәn söz açmışdır, ey mehribanım,
Dolanım başına, hәr gün dolanım.
Bir quşam ilk yurdun, yuvam da sәnsәn,
Mehriban elim dә, obam da sәnsәn,
Nәnәm dә, anam da, babam da sәnsәn,
Köksünә sığınım ata mәkanım,
Ümidim, sevincim, Azәrbaycanım!
Eşqindәn kükrәyәn dağ seliyәm mәn,
212 Dünәnim, bu günüm, sabahım da sәn.
Yaşa әsrlәrcә, yaşa ey Vәtәn!
Ey mәnim cahanda dünyam, cahanım!
Ey ömrüm, hәyatım, Azәrbaycanım!
Azadlıq yolunun yolçusuyam mәn
Azadlıq yolunun yolçusuyam mәn,
Sәninçün ağ günlәr gәzirәm, Vәtәn
Dünyanı gәzsәm dә mәn qarış-qarış,
Yenә sәninlәyәm, sәninlә, bilsәn.
Ayağım altında sәnin torpağın,
Başımın üstündә sәnin göyün var.
Könlümdә, ruhumda sәnin növrağın,
Qәlbimi tәrk etmәz tanış arzular.
Hәr gündә sinәnә bir yara dәyir,
Sıxır ürәyimi qәm dalğaları,
Qәlbimi qurd kimi әzablar yeyir,
Gәzirәm sәninçün ölmәz baharı.