Höseyn Arif
Yaşa hәlә
Sәfәrdәyәm, sәfәrimi
Vurmamışam başa hәlә.
Arzularım, әmәllәrim
Toxunmayıb daşa hәlә.
Dolanıb kәndi, şәhәri,
Dağlarda açdım sәhәri.
Fikrim gәzir üfüqlәri
Dönüb qızıl quşa hәlә.
189
İllәri yola salmışam,
Şeir yazıb, saz çalmışam
Ömür deyir: qocalmışam,
Könül deyir: yaşa hәlә.