Page 194 - antologiya - poeziya_175x250_Layout 1
P. 194

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                   İstәsәn dünyadan sәdaqәt istә,
                                   Sәdaqәt sönmәsin yanar şam kimi.
                                   Cumar bәd nәzәrlәr gözәllik üstә,
                                   Milçәklәr şirәyә daraşan kimi.

                                   Nәdir yaxın eldә, uzaq diyarda
                                   İsmәtә lәkәlәr düşür qapqara?
                                   Dәhşәtdir gözәllik yad qucaqlarda
                                   Dönürsә göyümtül әsginaslara.

                                   Niyә varaq kimi tale çevrilir,
                                   Niyә oyuncağa dönür gözәllik?
                                   Gözәllik bir dәfә әnam verilir,
             194
                                   Fәqәt әbәdilik sönür gözәllik.

                                   Çәkil, gözәllikdәn iyrәnc әl, çәkil,
                                   Qoru gözәlliyi, Tanrı, amandır!
                                   Bәlkә dә, günahkar, günahkar deyil,
                                   Bәlkә dә, günahkar buna zamandır!

                                   Bәlalar yağıştәk yağan dünyada,
                                   Yalanlar çevrilib hәqiqәt olub.
                                   Gündә min cinayәt doğan dünyada,
                                   Bәlkә,  gözәllik dә fәlakәt olub?
   189   190   191   192   193   194   195   196   197   198   199