Page 193 - antologiya - poeziya_175x250_Layout 1
P. 193
Nÿbi Xÿzri
Adla qucağından gur tufanların,
Mәn baxım axşamdan sәhәrә kimi.
Adla ağ yoluyla kәhkәşanların,
Parlasın hәr ulduz xatirә kimi.
Gәl, qış gecәsindә,
yaz sәhәrindә,
Dәnizi göylәrdәn ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlәrindә,
Sәn görüş vaxtını şimşәklәrlә yaz!
Mәn gәrәk nәğmәtәk sәni dinlәyәm,
Sәn mәnim eşqimlә, ürәyimlәsәn. 193
Nә qәdәr göylәr var, mәn sәninlәyәm,
Nә qәdәr dәniz var, sәn mәnimlәsәn.
Gözәl vә gözәllik
Günәş kainata nur göndәrir ki,
Yerdә gözәlliklә o bәhsә dursun.
Tәbiәt gözәlә qürur verir ki,
Qüruru gözәllәr gözәl qorusun!
Gözәllik yaranıb әzәldәn әzәl,
Gözәllik әzizdir baş taclarından.
Qoru qürurunu, a nadir gözәl,
Sakın sәn gözәllik hәrraclarından.
Qadını qürurla gözәllik bәzәr,
Bu haqqın sözünü nadimlәr dedi:
Namus doğuluşdan büllura bәnzәr,
Şüşә qab ya sındı, ya cingildәdi!
Dinsin mәhәbbәtdә kim sәmimidir,
Kәsilsin, bulaşsa çirkaba әllәr.
Gözәllik müqәddәs mehrab kimidir,
Tanrı, toxunmasın mehraba әllәr,
O qaba әllәr!