Page 146 - antologiya - poeziya_175x250_Layout 1
P. 146

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Yenә o bağ olaydı sevdalar ölkәsindә,
                        O söyüd kölgәsindә.
                        İnci qumlar üstündә yenә verib baş-başa,
                        Yayı vuraydıq başa.
                        Günlәrimiz keçәydi qızğın fәrәhlәr kimi,
                        Dolu qәdәhlәr kimi.
                        Yarpaqlar arasından uzadaraq әlini,
                        Oxşayaraq telini.
                        Gecәlәr darayaydı saçlarını ay gözәl!
                        Sәn gözәlsәn, ay gözәl?
                        Әllәrindә әllәrim, gözlәrindә gözlәrim...
                        Asılaydı sözlәrim
             146        Könlünün qulağından bir qızıl tana kimi,
                        Günәş doğana kimi.

                        Bu yaz dostlarım bir az bәxtәvәr olacaqlar,
                        Can-ciyәr olacaqlar.
                        Bir az da uzaqlara açacaqlar yelkәni,
                        Ruh yeni, hәyat yeni...
                        Çıxacaqlar göylәri aşaraq dönә-dönә,
                        Buludların fövqünә.
                        Uçacaqlar sabaha, uçacaqlar yarına,
                        Efir boşluqlarına.
                        Vaxtilә bir kölgәtәk hür yaşamaq istәyәn,
                        Bu insan oğlu bilsәn.
                        Azadlıq ölkәsindә daha şad olacaqdır,
                        Dünya dad alacaqdır.


                        Yenә o bağ olaydı, yenә yığışaraq siz,
                        O bağa köçәydiniz.
                        Biz dә muradımızca fәlәkdәn kam alaydıq,
                        Sizә qonşu olaydıq.
                        Yenә o bağ olaydı, sәni tez-tez görәydim,
                        Qәlәmә söz verәydim.
                        Hәr gün bir yeni nәğmә, hәr gün bir yeni ilham,
                        Yazaydım sәhәr-axşam.
                        Arzuya bax, sevgilim, tellәrindәn incәmi?
                        Söylә, ürәyincәmi?
   141   142   143   144   145   146   147   148   149   150   151