Page 147 - antologiya - poeziya_175x250_Layout 1
P. 147
Mikayûl Möøôiq
Yaşa, könül
Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül?!
Nişan aldım, kaman atdım,
Dәydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könlüm eşq oduna.
Qaldın hicran umuduna,
Ey qırılan şişә könül!
Tәrlansan, göydәn enmәzsәn, 147
Bu torpaqda sevinmәzsәn.
Mәn dönәrәm, sәn dönmәzsәn,
Yaşa könül, yaşa könül!
Küsmәrәm
Mәn şirin lәhcәli bir bülbülәm ki,
Güllәrdәn küsәrәm, sәndәn küsmәrәm!
Mәni öz canından artıq istәyәn
Ellәrdәn küsәrәm, sәndәn küsmәrәm!
Gözlәrin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gәlәn uzun aylardan,
İllәrdәn küsәrәm, sәndәn küsmәrәm!
El içindә bizә derlәr Sayadlı,
Tәrlan ovçusuyam, ruhum qanadlı.
İlham pәrisinin açdığı dadlı
Dillәrdәn küsәrәm, sәndәn küsmәrәm!