Page 151 - antologiya - poeziya_175x250_Layout 1
P. 151
Rÿsul Rza
Falk, Mikayıl,
Tağı,
Bәhlulun nәvәsi.
İlk sırada olmaq
vә qalmaq hәvәsi.
Altı metr belә.
Altı yarım:
kitablar, kitablar, kitablarım.
Pәncәrәlәr sıxdı mәni
uzunsov dördbucaqda göstәrib
küçәnin evlәrlә sәrhәdlәnmiş yarğanını.
Maşınlar sıxdı mәni 151
markalarına münasib.
Sıxdı mәni vaqonların
güzgülü kupelәri vә
yol hesabatını yoxlayan mühasib.
Mәsafәlәr metrlәrlә,
işıq kilovatlarla doldurulub.
Nәğmәlәr oktava içindә,
Xәstәlәrin hәrarәti
dәrәcәlәr içindә.
İri meyvәlәr dәnәlәrә,
Üzüm – göz yaşı gilәlәrә dolub.
Şәhәrimin yaşıllığı
ölçülüb, biçilib
salınıb rәqәmlәrә.
Dağlar darıxıb göyә qalxıb,
dәrәlәr çöküb yerә.
Darıxır insan
hüdudlar, ölçülәr içindә.
Yayda uzun gündüzlәr,
qışda uzun gecәlәr içindә.
Deyirәm:
ölәndә, atın