Page 145 - antologiya - poeziya_175x250_Layout 1
P. 145
Mikayûl Möøôiq
Yenә o bağ olaydı, yenә o qumlu sahil,
Sular ötәydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Әndamını hәvәslә qucaqlarkәn dalğalar,
Qәlbimdә qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Mәni hirsim boğaydı.
Cumub alaydım sәni dalğaların әlindәn,
Yapışaydım belindәn.
Xәyalımız üzәydi sevda dәnizlәrindә,
Lәpәlәr üzәrindә,
İlhamımın yelkәni zәrrin saçın olaydı, 145
Sular xırçın olaydı.
Bu nә gözәl şeirdir, bu nә gözәl mәnzәrә,
Gәlin baxın Xәzәrә.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrә dalım bir ara...
Gecәlәr sayrışarkәn, ulduzlar lalә kimi,
İşıqlar jalә kimi.
Çilәnib dağılarkәn әtrafa damla-damla,
Әn yaxın bir adamla.
Nә gözәldir dinlәmәk suların nәğmәsini,
Tәbiәtin sәsini!
Nә gözәldir dolaşmaq, isti yay fәsillәri,
Bu sәrin sahillәri!
Nә gözәldir sәhәrlәr bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şәklindәki sulara baxaraq lәzzәt almaq,
Bu mavi şeirә dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmәk,
Bәzәn hürküb çәkinmәk.
Hәr dalğa bir kişnәyәn bәyaz yallı at kimi,
Bizim bu hәyat kimi!