Page 141 - antologiya - poeziya_175x250_Layout 1
P. 141

Mÿmmÿd Ràhim


                         Azәrbaycanım mәnim.


                         Dünyanın çox çayı var,
                         Kim deyәr ki, tayı var
                         Kürümün, Arazımın.
                         Baharımın, yazımın
                         Gülşәni Odlar eli.
                         Babәkin, Koroğlunun
                         Vәtәni Odlar eli.
                         Sәnin sahillәrindә
                         Xәyallara dalmışam,
                         Baxıb çinarlarına
                         Çinartәk ucalmışam.
                         Suların can dәrmanı.                                       141
                         Qonaqcıllar içindә
                         Sәnin bәnzәrin hanı?
                         Dinim, imanım mәnim,
                         Azәrbaycanım mәnim.


                         Dünyanın çox dağı var –
                         Әzәmәtli, vüqarlı,
                         Yaxını, uzağı var,
                         Başı daima qarlı.
                         Zirvәsindәn bir dәfә
                         Xәbәr belә verәn yox,
                         O yerlәrә qalxmağa
                         Әsla yol göstәrәn yox.
                         Uca deyil gözümdә
                         Heç biri Şah dağımdan,
                         Öz ana torpağımdan
                         Qәşәng diyar bilmirәm,
                         Bәlkә dә, var, bilmirәm.
                         Sәnin әzәmәtini
                         Dünyada tәk sanıram.
                         Vüqarını dağlardan
                         Daha yüksәk sanıram.
                         Ölmәz ad-sanım mәnim,
                         Azәrbaycanım mәnim.
   136   137   138   139   140   141   142   143   144   145   146