Page 148 - antologiya - poeziya_175x250_Layout 1
P. 148
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Külәklәr
Hәr sәhәr, hәr axşam, hәr axşam, hәr sәhәr,
Çox zaman sәrsәri külәklәr bixәbәr
Bir yaxın dost kimi qapımı döyәrlәr.
Külәklәr, külәklәr, bәstәkar külәklәr,
Dünyanı dolaşan bәxtiyar külәklәr!
148
Bәziniz qorxulu, bәziniz qorxusuz,
Bәziniz duyğulu, bәziniz duyğusuz,
Bәziniz uyğulu, bәziniz uyğusuz,
Külәklәr, külәklәr, ey sәrin külәklәr,
Sizdә var qoxusu hәr yerin, külәklәr!
Ey çılğın külәklәr, nәşәniz daşarkәn.
Bağların şehindәn mey sorub coşarkәn,
Nalqıran dağları atlayıb aşarkәn,
Mәni dә alınız, uçayım dağlara,
Könlümdә nә varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sәnәtim gurlasın!
Fırtınam, qasırğam, qüdrәtim gurlasın!
Şimşәyim parlasın, zülmәtim gurlasın!
Ey mәni sәrazad bәslәyәn külәklәr,
Bir dağın başından sәslәyәn külәklәr!