Page 140 - antologiya - poeziya_175x250_Layout 1
P. 140
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Qoşma
Gözәlim, başına dönür fәlәklәr,
Sevgi dünyasında sultansan, nәsәn?
Әtrin mәst elәyir aşiqlәrini,
Yoxsa qızılgülsәn, reyhansan, nәsәn?
Nәdir bu gözәllik, nәdir bu camal?
Üzünü görәndә utanır hilal.
Sәn bu lәtafәtlә, a dәryakamal,
Sirlәr xәzinәsi ümmansan, nәsәn?
Sakit sular kimi bәzәn axırsan,
Canlar yandırırsan, canlar yaxırsan,
140 Bәzәn tavuz kimi süzüb baxırsan,
Yoxsa öz-özünә heyransan, nәsәn?
Mәcnunun Leylası neylәr yanında?
Başqa lәtafәt var şirin canında.
Eşqin bu varılmaz asimanında,
Belә ki, süzürsәn, tәrlansan, nәsәn?
Sәnsәn gözәllәrin başının tacı!
Aşiqlәr hüsnünün olmuş möhtacı,
Rahimin dәrdinin sәnsәn әlacı,
Özüm de, bilmirәm loğmansan, nәsәn?
Azәrbaycanım mәnim
Dünyada ölkәlәr var,
Biri-birindәn qәşәng.
Doğma yurdum, şәn diyar,
Çәmәnlәrin rәngbәrәng.
Sәn hәr yerdәn gözәlsәn,
Bir işıqlı әmәlsәn.
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mәnim,