Page 84 - "Xəzər"
P. 84
ifeylәr. Sadiq Hidayәt84
2015

SADİQ HİDAYƏT

Mәşhur İran yazıçısı Sadiq Hidayәtin (1903-1951) XX әsr dünya әdәbiyyatında
müstәsna yeri var. Amma onun zәngin әdәbi irsi, mürәkkәb hәyat yolu hәlә dә layiqincә
araşdırılmayıb, obyektiv qiymәtini almayıb. Sürrealizmin banisi sayılan görkәmli fransız
yazıçısı Andre Breton Sadiq Hidayәti dünyada magik realizmin әsasını qoyanlardan biri
hesab edir, formalaşmaqda olan Latın Amerikası nәsrinә böyük tәsirindәn yazırdı.
Yazıçının “Diri-diri basdırılmış” (1930), “Üç damcı qan” (1932), “Aydın kölgә” (1933),
“Əlәviyyә xanım” (1933), “Sülәngi it” (1942), “Dedi-qodu” (1944), “Hacı ağa” (1945),
“Sabah” (1946) adlı kitabları, hәmin illәrdә yazılmış “Kafkanın ismarıcı”, “Çaykovski”
kimi esselәri әdәbi cameәlәrin gündәmindәn düşmürdü. Tәәssüf ki, Azәrbaycanda bu
gözәl yazıçını iranşünasların dar çәrçivәsindәn başqa, demәk olar, heç kim tanımır.
Dәrgimiz “Kor bayquş” romanını oxuculara tәqdim etmәklә, hәm dә bu yöndә bir ilkә
imza atmış olur.

Ömrünün çox hissәsini Avropada keçirәn yazıçının mәzarı Parisin Per-Laşez
qәbiristanlığındadır vә deyilәnә görә, üstü hәmişә nülufәr çiçәklәriylә dolu olur...
   79   80   81   82   83   84   85   86   87   88   89