Page 92 - 2017-4
P. 92
dı. İstəyirdi ki, dediklərinin hamısını eşit-
sin. – Çünki xoşuma gələn xörək yoxdur.
Beləsini tapsaydım, inan ki, özümü naza
çəkməzdim, sənin kimi, başqaları kimi
doyunca yeyərdim.

Bu, aclıq ustasının son sözləri oldu,
ancaq onun ölgün gözlərində həmişəki
məğrurluq ifadəsi olmasa da, möhkəm
bir inam vardı ki, hələ də aclığa dözə bi-
lər...

– Buraları qaydaya salın! – nəzarətçi
göstəriş verdi.

Və aclıq ustasını samanqarışıq dəfn
etdilər...

Qəfəsə isə cavan bir bəbir saldılar.
Ən küt adamlar da çoxdan boş qalmış bu
92 böyük qəfəsdə özünü ora-bura çırpan
vəhşi heyvanı görəndə rahatlıqla nəfəs
2017 aldılar. Bəbir kefdə idi. Xidmətçilər ona
hər gün dadlı yeməklər verirdi. Deyəsən,
heç azadlıq da yadına düşmürdü. Sanki
onun yırtmaq, parçalamaq üçün yaran-
mış o gözəl bədəni azadlığını da özü ilə
gəzdirirdi, onu dişlərində gizlətmişdi və
cəhəngində alışıb-yanan həyat həvəsi
ona baxanları qorxuya salırdı. Ancaq ta-
maşaçılar bu qorxunu dəf edərək qəfəsin
ətrafında basabas salır, oradan aralan-
maq istəmirdilər...

Frans Kafka. aclıq ustası
   87   88   89   90   91   92   93   94   95   96   97