Page 138 - Əlifba
P. 138
ANA
Ana dünyanın әn uca varlığıdır. Bu sәbәbdәn «Ana» kәlmәsi «Vәtәn»
kәlmәsi ilә qoşa çәkilir.
Biz «Ana Vәtәn» deyәndә, vәtәnin doğmalığını vә qayğısını hiss edirik.
«Ana» sözü «Vәtәn» sözü qәdәr müqәddәsdir.
Övladların borcu analara hörmәt etmәk, onların zәhmәtini qiymәtlәndirmәk
vә hәr zaman qayğısına qalmaqdır.
Gecәlәr oyaq anam,
Ömrümә dayaq anam,
İstәrәm, tez böyüyüb
Qulluğunda dayanam.
1. Sәn necә, ananın zәhmәtini qiymәtlәndirirsәnmi?
2. Ona ev işlәrindә kömәk edirsәnmi?
3. Ananın qayğısına necә qalırsan?
Dәftәrinә köçür
Dünyada elә bir insan var ki, biz hәmişә
ona borcluyuq. O, anadır.
Ana dünyanın әn uca varlığıdır.
138