Page 564 - antologiya - poeziya_175x250_Layout 1
P. 564

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Narı sümürürsәnsә,
                        süddәn yanıqsan…
                        Gözünlә qaşının arasındakı
                        qapı açılan gün…
                        o yanlıqsan…

                        Meşәlәr
                        qışda Günәşә
                        odun atmaq üçündü…
                        Yaydan çıxan oxlar
                        payıza çatmaq üçündü…


             564
                        Görsәn ki, qaranlıq çökür alәmә…


                        Görsәn ki, qaranlıq çökür alәmә,
                        Görsәn ki, axşamdı…
                        fikir elәmә.
                        Bir uçuq yuxudu gecәnin boyu
                        Nә qәdәr imkan var
                        rahatlan, uyu…
                        Qәflәtәn bir çağa salar hay-hәşir
                        Sәhәr – körpәsidi doğan Günәşin.
                        Onu ovutmağa tәlәsәr hamı,
                        Belәcә, salarlar yenә axşamı.
                        Tәzәdәn qaramat basar dünyanı,
                        Hanı doğan Günәş?
                        körpәsi hanı?
                        …Görsәn hәr tәrәfdәn әlin üzülür,
                        Görsәn üşüyürsәn…
                        yandır özünü…
   559   560   561   562   563   564   565   566   567   568   569