Page 543 - antologiya - poeziya_175x250_Layout 1
P. 543
ßhmÿd Oüuz
Görünmür bir işıq ucu,
Qan damır qaranlığıma.
Hәlә ölmәmişәm, xoca,
Üstümdә Quran oxuma…
***
Yenә sәrxoş kimiyәm,
Başımda qürbәt dәmi.
Әsәn yeldә yurd әtri var,
Buludda Vәtәn nәmi.
543
Nә götürüb gedәcәk
Limandan qalxan gәmi.
Yuxuma dağlar girir
Gözümü yuman kimi.
Neçә ildi qoruyur
Allah öldürmür mәni.
Kökü üstdә quruyur
Gözümdә bitәn zәmi.
…Olub-qopan dörd divar
Gün döyür pәncәrәmi.
Hara gedim, haram var,
Kimә qoyum bu qәmi..
İstәmirәm ölmәyi,
Belә ömür sürmәyi.
Bumu Allah kömәyi,
Bumu Tanrı sitәmi?...