Page 409 - antologiya - poeziya_175x250_Layout 1
P. 409
Vaqif Bayatlû Odÿr
O balaca çiçәk
qoruyurmuştәk
qaya yuxusunu, dağ yuxusunu,
yummaz gözlәrini sәhәrә kimi.
Qardaşımın üzü kömәyim olsun
Dilәrәm tanrıdan,
Qәlbә dәymәyәn,
Uduzub yorulan, udub doymayan,
ağlaya-ağlaya top-top oynayan
qardaşımın üzü kömәyim olsun.
409
Nә qәdәr top vurar dәyәr dirәyә,
Yaxşılıq elәyәr – dәyәr ürәyә.
Belә bәxti olan çәtin kiriyә,
O da ağlamasın, bәs kim ağlasın?!
Dәrd gәldi, qәlbini bağlamaz kişi,
Yaş gәldi gözündә saxlamaz kişi,
Çox nahaq deyiblәr: ağlamaz kişi,
Kişi dә insandı, könlü, gözü var.
Ağla demirәm ki, hәr kәlmәbaşı,
Dәrd olur, söz olur, ağrıdır daşı,
Üzündәn xәbәrsiz qovur göz yaşı,
Dörd yanın kişiysә, utanma qardaş!
Dilәrәm tanrıdan,
Qәlbә dәymәyәn,
Uduzub yorulan, udub doymayan,
ağlaya-ağlaya top-top oynayan
qardaşımın üzü kömәyim olsun...