Page 404 - antologiya - poeziya_175x250_Layout 1
P. 404
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Nә nar ağacları,
nә әncir, üzüm,
Nә alma, nә püstә,
nә badam qalıb.
Dünyanı su basıb,
dünya bir ada,
Bu kiçik adada
tәk Adәm qalıb…
Adanın köksündә sevgi çatları…
Nә Hәvva görünür, nә övladları…
Dupduru sular da bulandı…
404
Tikdiyin qalanın özülü uçdu,
Daşı-daş üstünә qalandı, Xalıq!
Bilirdin dünyanın axırı puçdu,
Bilirdin ki, dünya yalandı, Xalıq!
Dәyәrlәr әridi, bir-bir aşındı,
Var-dövlәtin torba-torba daşındı.
Daşınanlar öz torpağın, daşındı,
Baxanda gözlәrin sulandı, Xalıq!
Yüz yol sinәnә vur, yaxanı yırt da,
Öz içindәn yeyәr meyvәni qurd da…
Gör nәlәr yaşandı qurduğun yurdda,
Sağdan da, soldan da talandı, Xalıq!
Qocalıq yetişdi, nәfәs tәntidi,
Dövran ömür biçәn bir kәrәntidi…
Xoş gün, xoş güzәran bir görüntüdü,
Düz yolun son ucu dalandı, Xalıq!
Zakir Fәxri, var üstündә yarışdı,
Nәfslәr milçәktәk bala darışdı...
Halal, haram bir qazanda qarışdı,
Dupduru sular da bulandı, Xalıq!