Page 399 - antologiya - poeziya_175x250_Layout 1
P. 399

Eldar Baxûø




                Qәlәm


               Olanım qәlәmdi vardan, dövlәtdәn,
               Dövlәtdәn uzağam, vardan uzağam.
               Özüm öz nökәrim, özüm öz bәyim,
               Özüm öz qulluqçum, özüm öz ağam.


               Qaşımı qaldırıb baxan deyilәm,
               Dövlәt sümürәnә, var udana mәn.
               Yemәyә bir loxma çörәk tapanda
               Min şükür deyirәm yaradana mәn.


               Qızılla, gümüşlә, ipәklә, tüllә                                      399
               Xurcunum, fәrmәşim basılı deyil.
               Asılı deyilәm mәn bir adamdan,
               Bir adam da mәndәn asılı deyil.


               Mәni düz yolumdan döndәrә bilmәz
               Beş adam, on adam, yüz adam, canım.
               Uçan bulud kimi, axan su kimi,
               Әsәn külәk kimi azadam, canım.


               Elә bu azadlıq bәsimdi mәnim,
               Neynirәm dövlәti, neynirәm varı?
               Neynirәm dilimi gödәk eliyәn
               Qızılı, gümüşü, malı, davarı?

               Bәsimdi, şeytana demәli sözü
               Şeytanın üzünә şax deyirәmsә.
               “Hә” demәli işә “hә” deyirәmsә,
               “Yox”demәli işә “yox” deyirәmsә.

               Mәnә qәlәm verib bu azadlığı,
               Elә bu әlimdә tutduğum qәlәm.
               Hәrdәn qadın kimi, hәrdәn qız kimi
               Dizinә baş qoyub, yatdığım qәlәm.
   394   395   396   397   398   399   400   401   402   403   404