Page 359 - antologiya - poeziya_175x250_Layout 1
P. 359

Davud Nÿsib




                         Elә bil çay kimi quruyuruq biz,
                         Sevgisiz, dünyadan yarımayırıq.
                         Dünyanı alovdan qoruyuruq biz,
                         Lakin mәhәbbәti qorumayırıq.

                         …Doğranır ürәkdәn o, dilim-dilim,
                         Eşqi sinәsini yarır, dağlayır.
                         Nә qәdәr uzatsam, çatmayır әlim,
                         Deyirәm yad kimi: bir qız ağlayır.

                         Onun qәlbindәdir gizlidir yaşı,
                         Baxır, köks ötürür damla yerinә.
                         Dumanlar içindә itsә dә başı,
                         Sadiqdir o gözәl yenә әrinә.                               359


                         Od yanır gözlәrin zil qarasında,
                         Quruyub göz yaşı, silmәyir o qız.
                         Qalıbdır od ilә su arasında:
                         Yansınmı? Sönsünmü? Bilmәyir o qız.


                         Çatlayıb dodağı, quruyub dili,
                         Qovrulur mәhәbbәt ocağında o.
                         Onu elә tutub hicranın әli, –
                         Çırpınır quş kimi qucağında o.


                         Nәmli gözlәrini gizli silir ki,
                         Görüb demәsinlәr: bir qız ağlayır.
                         O, bәlkә, bilmәyir, elә bilir ki,
                         Eşqә, mәhәbbәtә yalqız ağlayır.

                         Deyirlәr, tutulur sevәnin gözü,
                         Sinәdә bir ürәk coşur, çağlayır.
                         Qoymur ağlamağa kişilik bizi,
                         Ağlayır, hardasa bir qız ağlayır.
   354   355   356   357   358   359   360   361   362   363   364