Page 354 - antologiya - poeziya_175x250_Layout 1
P. 354

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû






                                       Atamın kölgәsi


                                      Atamın kölgәsi evimizdә imiş.
                                      Gün düşdü üstünә
                                      üzünü gördüm
                                      Sildim üz-gözünü, toz-torpağını,
                                      Taxçada, boxçada izini gördüm.
                                      Tanrı qismәtindәn
                                      payı var imiş;
                                      İlahi gülüşün
                                      gözünü gördüm!
             354                      Kölgәsi yamanca kәdәrli idi, –
                                      Hәm nәmdi, hәm ilıq,
                                      qırış-qırışdı.

                                      Atamın kölgәsi qocalmamışdı.
                                      Atamın kölgәsi evimizdә imiş, –
                                      Baxdım kölgәsinә –
                                      özümü gördüm,
                                      Adana axşamı
                                      müqәddәs gecә
                                      Anam yemәk çәkib sağına qoydu –
                                      Sağında atamın dizini gördüm...
                                      Ölülәri içinizdә dәfn edin! –
                                      İçinizdә başdaşı yox, qәbir yox,
                                      İçinizdә heç vaxt,
                                      Heç kim itmәyәcәk!
                                      Ölülәri ruhunuza dәfn edin –
                                      Kölgәlәri mütlәq evә gәlәcәk!
   349   350   351   352   353   354   355   356   357   358   359