Page 357 - antologiya - poeziya_175x250_Layout 1
P. 357
Davud Nÿsib
Qalmayıb
Gec açılan tez solub,
Güldә tәpәr qalmayıb.
Sinәm kәdәrlә dolub,
Sevincә yer qalmayıb.
Qәm kәdәrә calanıb,
Aran, arana hәsrәt.
Dağ üstә dağ qalanıb,
Dağlar borana hәsrәt.
Deyәn yoxdur bәs nәdәn 357
Dünya yaman qarışır?
Niyә qabaqda gedәn
Niyә dalda danışır?
Dәli könül, ağlama,
Yaş bәbәkdә sozalıb.
Yada ümid bağlama,
Dosta inam azalıb.
Sellәrin axışına
Dözmәyib, daş göyәrir.
Mәrdin şax baxışına
Namәrdin gözü dәyir.
Saçların qırov-qar ki...
Duman alıb, çәn alıb.
Bircә tәsәllim var ki,
Nә yaxşı ürәyimdә
Torpağın odu qalıb.