Page 351 - antologiya - poeziya_175x250_Layout 1
P. 351

Camal Yusifzadÿ




              Ay qonşu, bu evin yiyәsi hanı?!
               (anamın xatirəsinə)

               Uzaqdan, uzaqdan,
               Çox-çox uzaqdan,
               Darıxıb gәlmişәm, qaçıb gәlmişәm,
               Ay qonşu, bu evin yiyәsi hanı?


               Eyvanda çıxardım ayaqqabımı,
               Açdım pәncәrәni, açdım qapını,
               Görmәdim qonağı qarşılayanı...
               Ay qonşu, bu evin yiyәsi hanı?

               Yağış suvağını yuyur bu evin,                                        351
               Külәk şüşәsini döyür bu evin,
               Sükut hay-küyünü qovur bu evin,
               Zaman taxtasını ovur bu evin,
               Ay qonşu, bu evin yiyәsi hanı?

               Qapıda soyumuş bir әl yeri var,
               Hәyәtdә qurumuş ayaq yeri var,
               Alça ağacının sol tәrәfindә
               Külü laxtalanmış ocaq yeri var,
               Ay qonşu, bu evin yiyәsi hanı?

               Uzaqdan gәlmişәm, ay ev yiyәsi,
               Darıxıb gәlmişәm, uçub gәlmişәm,
               Kül olub gәlmişәm, ay ev yiyәsi.

               Hәr dәfә,
               hәr dәfә, ay ev yiyәsi,

               Qovrula-qovrula gәlib gedirәm,
               Hәr dәfә,
               hәr dәfә, ay ev yiyәsi,
               Bu hәyәt-bacadan,
               qonum-qonşudan

               Soruşub gedirәm;
               Ay qonşu, bu evin yiyәsi hanı?
   346   347   348   349   350   351   352   353   354   355   356