Page 353 - antologiya - poeziya_175x250_Layout 1
P. 353

Camal Yusifzadÿ







               Ölü vaxt!
               Bu üzündә dәli hәsrәt,
               O üzündә yaşıl baxt.
               Mәn hәlә dәli deyilәm,
               Dirisәn sәn dә hәlә,
               Yazıq-yazıq baxma belә...
               Hәlә bir az ümidlisәn, deyәsәn?!
               (Qapıları mütlәq gәrәk döyәsәn)
               Üzünü sürt üzümә  –
               Göz yaşım seldi – qurut.
               Zaman qәvi,                                                          353
               uluyur qurd!
               Ver әlini –
               Havalanıb çiçәklәr,
               Meşәsindәn qaçan ağac
               Yuxusunda çiçәklәr.
               Payız xәstәliyi




               Mәhәbbәt böyük dәrdmiş –
                    közәrәrmiş
               Ayrılıq araya düşәndә.
               Pişik gözlәrinin qarası kimi
                              gecәlәr böyüyәrmiş,
               Sәsi varmış,
               Sözü varmış,
               Od qoymağa
               Közü varmış!
               Tәnhalığı xoşlayırmış,
               Mәhәbbәt böyük dәrdmiş.
               Payıza bәnzәyirmiş –
                       sapsarı yarpaqları,
                       bulanıq buludları,
                       uzun-uzun yolları...
   348   349   350   351   352   353   354   355   356   357   358