Page 346 - antologiya - poeziya_175x250_Layout 1
P. 346

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      ***
                                      Hara gedir bu mәmlәkәt, görәsәn,
                                      gedir şellәnә-şellәnә
                                      qarşıdan bir bәla gәlir,
                                      aman, yellәnә-yellәnә

                                      adamları adamlıqdan çıxıbdı
                                      boyunbağı körpülәri taxıbdı
                                      öz әliylә öz evini yıxıbdı
                                      yollarını daş-kәsәk yox
                                      sular tutub,
                                      sular sellәnә-sellәnә
             346
                                      sözlәrinә heç bir mәhәl qoyan yox
                                      tәklәnibdi bir kimsәdәn hәyan yox
                                      tikәnindәn dağıdanı daha çox
                                      danışmağa dili dә var
                                      eşitmirlәr,
                                      qalıb dillәnә-dillәnә


                                      yaman  uzun sürdü bu alış-veriş
                                      zamana sığmayır bu vaxtsız gәrdiş
                                      xeyrә yozulmayır bu gediş-gәliş
                                      bizsә qalmışıq ortada,
                                      hәlә küllәnә-küllәnә

                                      küçәlәri gül-çiçәyә bürünür
                                      adamları yaşamır ki, sürünür
                                      kimsә bilmir sabah necә görünür
                                      gözlәr ora millәnib,
                                      qalıb millәnә-millәnә...
   341   342   343   344   345   346   347   348   349   350   351