Page 341 - antologiya - poeziya_175x250_Layout 1
P. 341
ßëÿêáÿð Ñàëàùçàäÿ
13 fevral
13 ildәn çox olar,
13 fevral – gözlәrimdә qaradı,
hәm dә nәdәnsә qarlı;
çiynindә bir nәnә keçir,
çarşablardan qaradır qar,
mәn qıraqda bir uşaq,
qırıq bir sözә bәndәm
13 fevral...
13 ildәn çox olar –
kәndimizdәn bir qarının keçdiyi.
Nәnәm dә yox, 341
elә belә qarıydı.
çarşablardan qar qaraydı,
ağır-ağır yağırdı qar...
13 ildәn çox olar,
13 fevral çiynindә
o nәnәni aparar,
aparar, aparar,
amma dәfn edә bilmәz,
bir il sonra yenә
başqa 13 fevral alar çiyninә:
çarşablardan qaradır qar,
ağır-ağır yağırdı qar...
mәn qıraqda bir uşaq,
qırıq bir sözә bәndәm.
Kibrit çöplәri
Gәzә-gәzә ciblәri
uzanıb qutuda kibrit çöplәri;
qәhvәyi papaqları
uyudulmuş od, yatırılmış od,
qurudulmuş od...
Yuxuları alov-alov qızarmada.