Page 339 - antologiya - poeziya_175x250_Layout 1
P. 339
Øàùìàð ßêáÿðçàäÿ
Aman Allah, döyüşә bax, döyüşә,
Satqınıyla qәhrәmanı bilinmir.
Yan, ay Şahmar, qaranlıqlar yarılmır,
Alan kimdir, satan kimdir, sorulmur.
Baxıcımız fal açmaqdan yorulmur,
Düz sözüylә ağ yalanı bilinmir.
Ona yanıram ki…
Ona yanıram ki, әsrlәr boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmәk haqqımız özgәlәrdәdir, 339
Onu qaytarmağı düşünmәdik heç.
Ona yanıram ki, öz varımızı
Özgәyә pay verib, ona әl açdıq.
Yadların dilindәn tәrif dilәndik,
Yalançı şöhrәtә-şana әl açdıq.
Ona yanıram ki, düşә bilmәdi
Fәxri xiyabana neçә fәxrimiz.
“Şәrәf lövhәsi”nә vurdular bizi,
Düşdü ayaqlara öz şәrәfimiz.
Ona yanıram ki, iş bacarmadıq,
Sazda “gül” vurmağı bacardıq ancaq.
Bizi aldadanın boş hay-küyünә
Әla әl vurmağı bacardıq ancaq.
Ona yanıram ki, Burlaxatunun
Ruhu alovlanar, mәzarı inlәr,
İndi balasına layla çalammır
Analıq taxtına çıxan gәlinlәr.
Ona yanıram ki, xeyiri şәrdәn
Ayıra bilmirik, qana bilmirik.
Mәn ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.