Page 338 - antologiya - poeziya_175x250_Layout 1
P. 338
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Qәm yemә, nağara, döyülәnlәrin
Bütün yer üzündә xoşbәxti sәnsәn.
Bәxtәvәr başına, sillәlәn nә qәm,
Sillәlәr ömrünә nur әlәyәcәk.
Dәrd mәnim dәrdimdir, sabah bilmirәm
Kimlәr taleyimi sillәlәyәcәk!
Bilinmir
Ümidini göyә tutub bu ölkә,
Yananıyla yanmayanı bilinmir.
338
Ahıl-cahil bir-birinә qarışıb,
Qananıyla qanmayanı bilinmir.
Yas yerindә pıçhapıçdır, gülhagül,
Toy evindә yanaqlardan axır sel.
Dağıl sәni belә oba, belә el,
Ah-vayıyla tar-kamanı bilinmir.
Qarğa qartallardan adlayır başa,
Pәlәnglәr baş әyir o bәdzat quşa.
Necә alışmasın, yanmasın meşә,
Bülbülüylә sağsağanı bilinmir.
Quzu cәsarәtdәn dәrs verir şirә,
Çәpiş nәrildәmәk öyrәdir nәrә.
Dırmaşmaq istәyir çoxu minbәrә,
Lotusuyla rövzәxanı bilinmir.
Zәvzәklәr әlindәn bezikib Vәtәn,
Havaya söz sәpir şuma dәn sәpәn.
Nә әkin әkәn var, nә naxır güdәn,
Nә gözlәyir baş çobanı, bilinmir.
Haqq savaşı dönüb alış-verişә,
Kasıb-kusub mat qalıbdır bu işә.