Page 333 - antologiya - poeziya_175x250_Layout 1
P. 333

Èsa Èsmayûlzadÿ




               Hәsrәt


               Sәn qanadlı xәbәr kimi,
               yad qapını açan gündәn –
               Hәsrәtinlә yaşayıram bir otaqda,
               hәsrәtinlә yaşayıram bir torpaqda,
               bir dünyada.
               Qatarlarda, tәyyarәlәrdә, gәmilәrdә
               sәnәd kimi öz yanımla
               gәzdirirәm hәsrәtini.
               Ora-bura sürümәkdәn
               bezdirirәm hәsrәtini.
               İstәyirәm, azdıram mәn hәsrәtini                                     333
               alqış dolu salonlarda –
               bacarmıram.
               İstәyirәm, azdıram mәn hәsrәtini
               dalanlarda,
               döngәlәrdә,
               izdihamlı küçәlәrdә –
               bacarmıram.
               Hәsrәtinә gücüm çatmır, sәnә – әlim,
               İstәyirәm, hәsrәtini
               Meşәlәrә, dәnizlәrә atıb gәlim –
               Bacarmıram.
               Hәsrәtinә gücüm çatmır, sәnә – әlim.
               Süfrәmdәki çörәk deyil, hәsrәtindir,
               sinәmdәki ürәk deyil, hәsrәtindir
               hey döyünәn.
               Ürәyimin başını mәn
               ovuduram bir uşaqtәk.
               Sәndәn qalan xatirәlәri,
               olub-qopan hәsrәtini
               ürәyimin qabağına atıram mәn
               oyuncaqtәk,
               öz başımı qatıram mәn
               bir uşaqtәk.
               Hәsrәtini içirәm mәn,
               hәsrәtini çәkirәm mәn.
   328   329   330   331   332   333   334   335   336   337   338