Page 332 - antologiya - poeziya_175x250_Layout 1
P. 332

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Mәrmilәr, güllәlәr fit çala-çala
                        Hey böyür-başından ötdü onların.
                        Kәtmәn vura-vura, ot çala-çala
                        baxdıq yollara.

                        Getdilәr, getdilәr Berlinә sarı,
                        getdilәr, getdilәr ölümә sarı.
                        Güllәlәr demәdi: geri qayıdın.
                        Lülәlәr demәdi: geri qayıdın,
                        qәlpәlәr demәdi: geri qayıdın,
                        hәlә uşaqsınız, nә yaşınız var…



             332        Xatirә

                        İşıqlar tәzәcә yanmışdı kәnddә,
                        Dedin ki, yanında yer saxlayarsan,
                        qaçıb gәlәcәyәm kinoya mәn dә.
                        Cığırlar, sәkilәr әl-әlә tutub,
                        sürünüb gedirdi kluba sarı.
                        Aramızda düşüb qaldı o axşam
                        hәr gün aşdığımız bir kәnd hasarı.


                        Bir vaxt on beş yaşlı gur hәvәsimiz
                        yamaca dırmaşdı, dәrәyә endi.
                        Sol yanım boş qalıb elә o gündәn,
                        Hey dolub-boşalıb elә o gündәn.

                        Bir sәs tanıyırdım sәsinә oxşar,
                        Bir söz tanıyırdım –
                        umu-küsünә oxşar,
                        hansı döngәdәsә yoxa çıxdılar.

                        İndi otuz yaşlı gur nәfәsim var,
                        indi on beş yaşlı sәrt hәvәsim var.
                        Sol tәrәfdә ürәk, sağda – xәyalın,
                        arada – boşluq.
                        Mәn isә yenә dә sizә qoşulub,
                        çıxıram yollara ayağıyalın…
   327   328   329   330   331   332   333   334   335   336   337