Page 331 - antologiya - poeziya_175x250_Layout 1
P. 331
Èsa Èsmayûlzadÿ
Güllәlәr demәdi...
Getdilәr. Getdilәr fit çala-çala,
Getdilәr atları çimizdirmәyә –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dәrmәyә
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb dil tökәndә biz,
onlar üstümüzә od әlәdilәr,
qışqırıb-tәpinib, hәdәlәdilәr:
“Hәlә uşaqsınız… nә yaşınız var…”
331
Bir gün xәbәr gәldi: dava başlanıb…
Onlar әsgәrliyә çağırıldılar.
Nә tütәk çaldılar, nә fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
“Gәlmәyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirmәyә,
Qulançar yığmağa, moruq dәrmәyә”.
Biz getdik atları çimizdirmәyә,
qulançar yığmağa, moruq yemәyә,
düşüb arxamızca gәldi uşaqlar,
Dilimiz gәlmәdi bir söz demәyә.
Onların yoxluğu düşdü araya,
Oyunlar, “mәclislәr” qaldı yarımçıq.
Toylar da seyrәldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kәndimiz yamanca uralanmışdı,
hәrdәn korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçәk dә qaralanmışdı:
“Deyәsәn, gedәnlәr qayıtmayacaq” –