Page 327 - antologiya - poeziya_175x250_Layout 1
P. 327
Abbas Abdulla
Dağlar... insanlar
Dağlara baxıram, dağlara,
Vüqarlı, ulu dağlara.
Dağ olmaq istәyirәm,
Eh... dağ hara, mәn hara?!
Dağların başında yurd salan,
dağlardan yüksәyә ucalan
dağ vüqarlı insanlar
dağ deyilmi, deyirsәn?
327
Nә deyim, qardaş,
onu dağın özündәn soraqlaş,
onda bilәrsәn.
Sәndәn, mәndәn dağ olarmı?
Göygöl
Gözündәn nur alıb dan ulduzunun
Qoca Kәpәzimin yaşıdı Göygöl.
Bir ceyran baxışlı Gәncә qızının
Qızıl üzüyünün qaşıdı Göygöl.
Ahından yanmadı zaman Әslinin,
Bürüdü yolunu duman Әslinin,
Kәrәmin oduna yanan Әslinin
Bәlkә dә, gözünün yaşıdı Göygöl.
Ona bağışlanıb әtri güllәrin,
Açıq süfrәsidir bizim ellәrin,
Bütün dәnizlәrin, bütün göllәrin
Qövsi-qüzeh taclı başıdı Göygöl.