Page 326 - antologiya - poeziya_175x250_Layout 1
P. 326

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû









                                     Etiraf


                                 Nә vaxtsa ürәyim yadımdan çıxıb,
                                 Hardasa, kiminsә yanında qalıb.
                                 Evә qayıtmışam, gülüm, ürәksiz
                                 Üzümә baxmısan sәssiz-sәmirsiz.
                                 Buludtәk boşalıb-dolub gözlәrin,
                                 Titrәk dodağında donub sözlәrin:
                                 “Belәmi әzizlәr sevәn-sevәni”
             326                 Bağışla mәni.

                                 Gözümü bir qızın gözündә görsәn,
                                 Bir anlıq günahı özündә gör sәn –
                                 Qoruya bilmirsәn niyә sәn mәni?!
                                 Geriyә qaytarmaq istәsәn mәni,
                                 Amandır, amandır, dönüb mәn olma!
                                 Sәn Allah, sәn Allah, deyingәn olma,
                                 Tez-tez yada salma olub-keçәni,
                                 Bağışla mәni.

                                 Bilsәn ki, gedirәm, uzaqdır sәfәr,
                                 Mәnsiz mәnli olmaq öyrәn birtәhәr,
                                 Evә-eşiyә dә bağlan ürәkdәn.
                                 Unuda bilsәm dә mәn sәni hәrdәn,
                                 Bir cüt qız balamı unudammaram –
                                 Arzunu, Aydanı unudammaram.
                                 Nolar gülәrüzlә qarşıla mәni,
                                 Bu etirafımda çox gecikmişәm,
                                 Bağışla mәni...
   321   322   323   324   325   326   327   328   329   330   331