Page 322 - antologiya - poeziya_175x250_Layout 1
P. 322

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                              Bahar ritmlәri


                              Gün – bulud әsiri, dan yeri küskün,
                              Yağır, yal-yamacın çәmәni yağır.
                              Göydәn Yer üzünә kәkotu, yarpız,
                              Göydәn Yer üzünә sәmәni yağır.


                              Hәlә yumuludur bahar әllәri,
                              Qaranquş gәlmәyib, dimdiyindә su.
                              Novruz xonçasından bağ әtri gәlir,
                              Gәlir, gözlәrindә bahar yuxusu.


             322              İncimi sәpilir qar dәnәsindә?!
                              Bәnövşә dodağı qaçır torpağın.
                              Gecikmiş qış baba hәr dәnәsindә,
                              Elә bil mirvari saçır torpağa.


                              Üşüyür qar altda aldanmış çiçәk,
                              Bu sazaqlı gün dә nahaq deyilmiş.
                              Әyninә qar geyib gülәn tәbiәt,
                              Aprel yalanıymış, bahar deyilmiş.


                              ...Elә cilvәlәnir aşığın tәbi,
                              Әli üzülәmmir saz әtәyindәn.
                              Açır boğçasını axır ki düzlәr,
                              Bәnövşә tökülür yaz әtәyindәn.


                              Sinәsi atlanan çәmәndәn, çöldәn,
                              Çiçәk әtri gәlir, yaz әtri gәlir.
                              Daha şairlәrin qәlәmindәn dә
                              İncә, lәtafәtli söz әtri gәlir.
   317   318   319   320   321   322   323   324   325   326   327