Page 288 - antologiya - poeziya_175x250_Layout 1
P. 288

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                 görәn, havax, hansı üzlә
                                 hansı tәşviş içindә...
                                 necә, nә cür qucacaq?!..




                                     Mәnә soyuqdur, günәş...


                                 Günәş!..
                                 Mәnә soyuqdur.
                                 Axı mәn qütbә gedәn tәk gәminin
                                 mәzlum mәnzәrәsinә dözümsüz oluram.
                                 Axı üşüyürәm mәn hәrdәn
             288                 azad qanad yoluna atәş açan
                                 zalım ovçu üzündәn.
                                 ...Günәşim!
                                 Tez-tez röyalarımdasan!
                                 Bir dәfә dә xәyalımda
                                 sәninlә öpüşәndә,
                                 qucaqlaşıb demişdim:
                                 Mәhvәşim! Atәşim! Sahib dur!..
                                 Mәşum toxunur hәr şey.
                                 Çәk mәni, apar mәni.
                                 Apar, apar!..
                                 Yerdә mәnә yaman soyuqdur, Günәş!



                                     Dünya çıxıb yadımdan


                                 Tanrım, bağışla mәni,
                                 dünya çıxıb yadımdan.
                                 Heç bilmirәm sәma harda, yer harda?
                                 İnsanlar hardadır, mәn harda?
                                 Tәkcә İsa Mәsihin
                                 Çarmıxda saralan çöhrәsi
                                 Asılıb eyvanımdan, çökür bәbәklәrimә,
                                 Çәkilmir xәyalımdan.
   283   284   285   286   287   288   289   290   291   292   293