Page 293 - antologiya - poeziya_175x250_Layout 1
P. 293

Eyvaz Bor÷alû




                         Bir yanın Babәkәr, bir yanın Lәlvәr,
                         Dәrәdә bәzәkli xonça kimisәn.
                         Solunda Yağlıca, sağında Qazax,
                         Quşçu qalasına bağlı gәmisәn.


                         Sükançın olmağa çatmaz qüdrәtim,
                         Sәrnişin olaram göyәrtәndә mәn.
                         Üzәk, könlümüzdә gәzmәk hәsrәti,
                         Keçәk axşam-axşam Sınıq körpüdәn.


                         Xramdan adlayıb qovuşaq Kürә,
                         Mavigöz Xәzәrә yetirsin bizi.
                         Sәfәr yelkәnini açaq yellәrә,                              293
                         Xәzәr ümmanlara ötürsün bizi.


                         Borçalı torpağı – saz-söz ovlağı,
                         Sazında, sözündә yaşayan diyar!
                         Boş çalı, Borc Alı adlarını da
                         Nәsildәn-nәsilә daşıyan diyar!


                         Borçalı torpağı – bağçalı, bağlı
                         Böyük Vәtәnimin kiçik guşәsi.
                         Xatirә keçmişli, ümid soraqlı,
                         Gözlәrim işığı, könlüm şüşәsi...


                         Axır nәfәsimdә, özgә diyarda
                         Dünyanı tәzәdәn versәlәr mәnә,
                         İnan istәmәrәm, soyuq mәzarda
                         Üç arşın torpağın bәs elәr mәnә!!!


                         Axı hәr işarәn bir tikә qovdan,
                         Odumu oduna qarışdırmışam.
                         Borçalı torpağı – әzәli sevdam,
                         Adımı adına yaraşdırmışam.
   288   289   290   291   292   293   294   295   296   297   298