Page 291 - antologiya - poeziya_175x250_Layout 1
P. 291
Eyvaz Bor÷alû
Tәrs düşüb könlümdә
qәmin düyünü
Yağışsız buludam, buludsuz yağış,
Nә yerә gәrәyәm, nә göyә, bәlkә.
Taleyin üstümә tökdüyü qarğış
Könlümdә alqıştәk göyәrә, bәlkә!
Bir közsüz ocağam, ocaqsız közәm,
Tәklikdә heç biri alışmır, neynim.
Bir sözsüz nәğmәyәm, nәğmәsiz sözәm,
Tәklikdә heç biri danışmır, neynim.
291
Tәrs düşüb könlümdә qәmin düyünü,
Kölgәsi gözümdәn silinmәz olub.
Fәsillәr dәyişib sabitliyini,
Növbә hansınındır, bilinmәz olub.
Son baharda mәnәm, ilk mayısda sәn,
Ulduzlu sәma da eşqimdәn izdi.
Hicranın payızdı, bu payızda sәn
Ay kimi soyuqsan, Gün kimi isti.
Baxıram qol-boyun bәxtәvәrlәrә,
Ayağım yerimir, sanki çolağam.
Sәslәmir könlümü heç nә heç yerә,
Bu sәsli dünyada batmış qulağam.
Büllur qәdәminin sәsindәn özgә
Heç nә eşitmirәm, heç nә dünyada.
Hәsrәt cığırında lәngimә, tez gәl,
Bir dә sәhv elәsәm, keçmә dünyada!