Page 196 - antologiya - poeziya_175x250_Layout 1
P. 196
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Sözlәrin kökü
Bәzәn iş otağıma çәkilib bütün günü,
Axtarıram sözlәrin, kәlmәlәrin kökünü.
Öyrәnmәk istәyirәm diqqәt ilә, sәy ilә,
Sözlәr necә yaranıb, hardan gәlibdir dilә.
Lüğәtlәr kömәk etmir, qamuslar gәlmir kara,
Deyirәm öz-özümә: ürәklәri sәn ara.
196
Talelәr kitabında mәnası var hәr sözün,
Hәr hәsrәtin, vüsalın, hәr gecәnin-gündüzün.
Düşünürәm: zindanda azadlıq boğulanda,
Körpәlәrlә gözәllik bir yerdә doğulanda,
Azadlıq hәsrәtiylә yanan zaman Vәtәnim,
Yәqin, “azadlıq” sözü dilimә gәlmiş mәnim.
İnsanlar sürülәndә yurdundan diyar-diyar,
Yәqin, “Vәtәn” sözünü qürbәtdә yaratdılar.
Vәtәn oldu onların arzusu, düşüncәsi,
Meyvәlәrin nübarı, çiçәklәrin qönçәsi.
Ocaqların tüstüsü,
Tәndirlәrin istisi,
Çinarların vüqarı xәyala gәlәn zaman
Yarandı “Vәtәn” sözü qәriblәrin ahından.
Bilirәm torpağımın sevinci var, yası var,
Onun gözünün dağı hicranlı Arazı var.
“Hәsrәt” sözü Arazın yaranıb sularından,
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz әvvәl çay idi
İndi hәsrәt olubdur, qәlblәri odlayıbdır.