Page 139 - antologiya - poeziya_175x250_Layout 1
P. 139

Mÿmmÿd Ràhim




                Sevgilim

               Bizim yerdә bu adәtdir әzәldәn,
               Hörmәt olar sәnәtkara, sevgilim.
               Mәn dönmәrәm sәnin kimi gözәldәn,
               Qaşlar qara, gözlәr qara, sevgilim.


               Siyah tellәr gәrdәnindә görünür,
               Könlüm kimi hәsrәtinlә sürünür.
               Can sarayı nәşәlәrә bürünür,
               Sәn çıxanda çәmәnzara, sevgilim.

               Şimşad baxar hәsrәt çәkәr әlinә,
               Әttar aşiq mixәyinә, hilinә,                                         139
               Qәnd heyrandır şirin, şәkәr dilinә,
               Dağ çәkirsәn dağda qara, sevgilim.

               Qulac-qulac hörüklәrin ilandır.
               İncimәrәm, sal boynuma dolandır,
               Biz gedәrik, qoca dünya qalandır,
               Rahim qurban nazlı yara sevgilim.



                Deyә bilmirәm

               Deyirәm ki, sәni gördüyüm zaman
               Üstünә gül-çiçәk sәpәcәyәm mәn.
               Deyirәm ki, sәni görәndә, canan,
               Söz açaram tәmiz mәhәbbәtimdәn.


               Sәn, bahar çağında yaşıl çәmәndә,
               Әtir saçan zaman qızılgül kimi,
               Coşmaq istәyirәm fәrәhlә mәn dә
               Baharın aşiqi şәn bülbül kimi.

               Elә ki, qarşımda görürәm sәni,
               Tutuluram yaman niyә, bilmirәm?!
               Nәdәnsә bu sadә bircә kәlmәni –
               “Sevirәm” sözünü deyә bilmirәm.
   134   135   136   137   138   139   140   141   142   143   144