Page 130 - antologiya - poeziya_175x250_Layout 1
P. 130

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Türkün dili

                        Türkün dilitәk sevgili, ehsaslı dil olmaz,
                        Özgә dilә qatsan, bu әsil dil әsil olmaz.


                        Öz şerini farsa, әrәbә qatmasa şair,
                        Şeri eşidәnlәr, oxuyanlar kәsil olmaz.

                        Pişmiş kimi, şerin dә gәrәk dad-duzu olsun,
                        Kәnd әhli bilirlәr ki, doşabsız xәşil olmaz.


                        Sözlәr dә cәvahir kimidir, әsli bәdәldәn
                        Tәşxis verәn olsa, bu qәdәr zir-zibil olmaz.

             130
                        Şair ola bilmәzsәn, anan doğmasa şair,
                        Missәn, a balam, hәr sarı köynәk qızıl olmaz.


                        Ötmәz, oxumaz bülbülü salsan qәfәs içrә,
                        Dağ-daşda doğulmuş dәli ceyran hәmil olmaz.

                        Ansan odu tutsun bu zәlil xalqın әlindәn,
                        Allahı sevәrsәn, belә insan zәlil olmaz.

                        Hәrçәnd Sәrabın südü çox, yağ-balı çoxdur,
                        Bal әrşә dә çatdırsa, Sәrab Әrdәbil olmaz.


                        Millәt qәmi olsa, bu cocuqlar çöpә dönmәz,
                        Әrbablarımızdan da qarınlar tәbil olmaz.

                        Mәndәn dә nә zalım çıxar, oğlum, nә qisasçı,
                        Bir dәfә bunu qan ki, ipәkdәn qızıl olmaz.

                        Düz vaxtda dolar taxta-tabaq әdviyyat ilә,
                        Onda ki, nәnәm sancılanar, zәncәfil olmaz.

                        Fars şairi çox sözlәrini bizdәn aparmış,
                        Sabir kimi bir süfrәli şair pәxil olmaz.

                        Türkün mәsәli, folkuloru dünyada tәkdir,
                        Xan yorğanı, kәnd içrә mәsәldir, mitil olmaz.
   125   126   127   128   129   130   131   132   133   134   135